BMU-ya akkreditasiya şəhadətnaməsi təqdim edilib - Fotolar

1-04-2024, 15:59 223 dəfə baxılıb

 Elm və Təhsil Nazirliyi Akkreditasiya Şurasının müvafiq qərarı ilə Bakı Mühəndislik Universitetinin (BMU) 5  il müddətinə akkreditasiya olunması ilə bağlı şəhadətnamə ali təhsil ocağına təqdim edilib.

“Azerinews.az” xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BMU-nun rəhbər heyəti iştirak edib.

Tədbirdə rektor Yaqub Piriyev akkreditasiyanın ali təhsil müəssisələrinin gələcək fəaliyyətinə, strateji inkişafına müsbət təsiri və keyfiyyətin təminatı sahəsində rolundan danışıb.

Rektor BMU-nun institusional akkreditasiyaya hazırlıq zamanında TKTA-nın bütün mərhələlərdə verdiyi dəstəyi, xüsusən əməkdaşlar üçün müxtəlif mövzularda təşkil edilən təlimləri, həmçinin müvafiq komissiya üzvlərinin obyektiv yanaşmasını yüksək dəyərləndirib. Akkreditasiya prosesi nəticəsində növbəti dövr üçün verilən bir sıra təklif və tövsiyələrə məsuliyyətlə yanaşılacağını vurğulayan Y. Piriyev ali təhsil müəssisəsinin növbəti akkreditasiya prosesinə qədər daha üstün fəaliyyəti istiqamətində səylərin gücləndiriləcəyini bildiirb.

Öz növbəsində TKTA İdarə Heyətinin sədri Tural Əhmədov yekunlaşan akkreditasiya prosesinin davamı kimi verilən tövsiyələrin icrası məsələlərindən bəhs edib, BMU kollektivini akkreditasiya prosesini müvəffəqiyyətlə başa çatdırması münasibətilə təbrik edib.

Akkreditasiya şəhadətnaməsinin təqdim olunmasından sonra gələcək fəaliyyət, həmçinin beynəlxalq akkreditasiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031