BMU-nun yeni Strateji İnkişaf Proqramı hazırlanır

22-02-2024, 22:00 0 dəfə baxılıb

Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil müəssisəsinin növbəti dövr üçün Strateji İnkişaf Proqramının (SİP) hazırlanması, bu istiqamətdə əsas hədəflərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.  

“Azerinews.az” xəbər verir ki, SİP üzrə komissiya üzvlərinin iştirak etdiyi iclasda rektor Yaqub Piriyev SİP-in əhəmiyyəti, universitetin inkişaf məqsədlərinin, qarşıya qoyulan hədəflərin düzgün seçilməsi məsələlərinə diqqət çəkib.

Rektor növbəti dövr üçün SİP-in hazırlanması zamanı ali təhsil müəssiəsinin missiya və gələcəyə baxışının mühüm olduğunu vurğulayıb, konkret istiqamətlər üzrə tapşırıq və tövsiyələrini verib.

Sonra SİP üzrə hesabat xarakterli çıxışlar dinlənilib. Eyni zamanda səsləndirilən müxtəlif rəy və təkliflər ətrafında geniş müzakirələr aparılıb. 

İclasda SİP üzrə qısa, orta və uzunmüddətli hədəflərin təyin edilməsi ilə bağlı işçi qrupun yaradılması, həmçinin fəaliyyət planının tərtibi qərara alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930