Zaqatalada məktəb və bağça birgünlük bağlandı

21-05-2024, 14:53 122 dəfə baxılıb

 

Zaqatalada yağan yağışlar nəticəsində məktəb və uşaq bağçasını su basıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilir ki, ötən gecə aramsız yağan yağış nəticəsində Zaqatala rayonunun Tala kəndi ərazisindən keçən Qaraçay öz məcrasından çıxıb. Bunun nəticəsində Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbi və Üçüncü Tala kənd körpələr evi-uşaq bağçasının həyətini su basıb.

Subasmasının yaratdığı vəziyyət səbəbindən qeyd olunan təhsil müəssisələrində tədris prosesi birgünlük dayandırılıb. Bu müddət ərzində məktəbin və bağçanın zərər görmüş həyətyanı sahələrindən suyun çəkilməsi və yaranmış ziyanın aradan qaldırılması işlərinə başlanılıb. Təhsil müəssisələrinin normal fəaliyyətinin bərpası üçün bütün resurslar səfərbər olunub və sabah tədris prosesinin yenidən davam etdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930