Azərbaycanın dərman istehsalı artıb
2023-cü ildə Azərbaycanda 8 milyon 400 min manatlıq dərman istehsal olunub.
"azerinews.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2022-ci illə müqayisədə 7.2% çox olub.
2024-cü il yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanın hazır dərman məhsul ehtiyatı isə 270 min manat təşkil edir.
Bundan əlavə, 2023-cü ildə 2.5 milyon tibbi maska istehsal olunub. Bu göstərici 2022-ci illə müqayisədə 86.2% azdır. Bu il yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanın 6 milyon ədəd maska ehtiyatı var.