Ətraf mühitin mühafizəsi fondunun vəsaiti azalıb

23-05-2024, 11:27 126 dəfə baxılıb

 

2023-cü il yanvarın 1-nə Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun qalığı 27,6 milyon manat təşkil edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatı”nda qeyd edilib.

Belə ki, hesabat ilində təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr, müsadirə olunan ovçuluq alətlərinin satışından daxil olan vəsaitlər hesabına ötən il ərzində fonda 6,9 milyon manat məbləğində vəsait daxil olub.

Hesabat dövründə Fondun xərcləri 12,9 milyon manat təşkil edib ki, həmin vəsait Fondun əsasnaməsinə uyğun olaraq beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizin təmsil edilməsinə (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (Dubay) və Yaşıl səhra daha yaxşı ətraf mühit mövzusunda bağçılıq sərgisi (Doha)), bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldilib.

2024-cü il yanvarın 1-nə Fondun vəsaitinin qalığı 21,6 milyon manat təşkil edib və ya 2023-cü ilin əvvəli ilə müqayisədə 5,9 milyon manat azalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930