Yol polisi faktiki hava şəraiti ilə bağlı müraciət edib

17-01-2024, 17:37 1 dəfə baxılıb

 

DİN-in ​Baş Dövlət Yol Polisi İdarəsi faktiki hava şəraiti ilə bağlı müraciət edib.

"azerinews.az" xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə müşahidə olunan küləkli havanın axşamadək davam edəcəyi, arabir güclənəciyi gözlənilir.

Baş DYP İdarəsi küləkli havanın bir neçə gün əvvəl yağan qarın yollarda yaratdığı əlverişsiz şəraitə mənfi təsirini də nəzərə alaraq, hərəkət iştirakçılarına diqqətli olmağı, axşam saatlarında yolların buz bağlama ehtimalını unutmamağı, nəqliyyat vasitələrini sürüşmə, uçulma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, park edərkən qapalı məkanlara üstünlük verməyi, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücülərinə daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi tövsiyə edir".

​ ​






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930