Yeni doğulan körpələrin sayı ilbəil azalır

30-05-2024, 13:08 235 dəfə baxılıb

 “Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır?”.

“Azerinews.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev bildirib.

S.Əliyevin sözlərinə görə, bunu statistikamız deyir: “Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”.

Ekspert vurğulayıb ki, azalma özünü daha çox qız uşaqlarında göstərir: “Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930