Nazirlər Kabineti dəmiryol nəqliyyatı barədə qərarlar verib

4-07-2024, 11:01 144 dəfə baxılıb

 

Nazirlər Kabineti dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, eləcə də onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

"Azerinews.az" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Hökumət başçısı həmçinin "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərara imza atıb. Qərara əsasən, ixtisas imtahanı aşağıdakı kateqoriyalar üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:

"Eq" - Elektrik qatarı;

"Dz" - Dizel qatarı;

"E" - Elektrovoz;

"T" - Teplovoz;

"Lm" - Lokomobil;

"M/Dr/Mk" - Motovoz/Drezin/Maşın kompleksi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031