Azərbaycanın iki şəhər və 60-dan çox kəndində üç gün qaz olmayacaq

4-07-2024, 15:32 132 dəfə baxılıb

 Ağsu və Kürdəmirdə üç gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azerinews.az" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, 05.07.2024-cü il tarixində saat 9:00-dan etibarən 07.07.2024-cü il tarixində işlər başa çatanadək "Ağsu" və "Kürdəmir" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd, 1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930