Milli Məclisdə audit aparılıb

5-07-2024, 11:12 123 dəfə baxılıb

 

Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Azərbaycan Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

“Azerinews.az” xəbər verir ki, bu haqda Hesablama Palatası məlumat yayıb. Audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 mln. manat vəsaiti əhatə edib. 

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb. 

Hesablama Palatasının müvafiq Kollegiya qərarı ilə auditin nəticələri üzrə Auditor hesabatı təsdiq edilib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı Rəy ifadə edilib.

Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanılması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930