Ömrü uzadan ədviyyat - Hər gün yesəniz...

24-08-2024, 15:42 3 dəfə baxılıb


Qarındakı piylərdən xilas olmaq asan deyil. Pəhriz və idmanla yanaşı, yağ yandırıcı qidalardan istifadə də arıqlamaq üçün əlverişlidir. ABŞ alimlərinin apardığı son araşdırmada əvəzolunmaz ədviyyatlardan birinin arıqlamağa dəstək verdiyi və ömrü uzatdığı ortaya çıxıb.

Yeməklərimizdə tez-tez istifadə etdiyimiz acı bibər mükəmməl yağ yandırma xüsusiyyətinə malikdir.

Britaniya, Çin və Amerika alimlərinin apardığı yeni araşdırmaya görə, müntəzəm acı bibər yeyən şəxslərin xərçəng, ürək və tənəffüs yolu xəstəlikləri riski acı bibər yeməyənlərə nisbətən daha azdır.

Acı bibərdə bol miqdarda olan kapsaisin iltihabın və piylənmənin qarşısını alan təsirli bir maddədir.Tədqiqatlar göstərir ki, bu maddə enerji sərfiyyatını və yağ yandırılmasını artırır, qan dövranını sürətləndirərək ürəyin sağlamlığını qoruyur.

Yüksək miqdarda C vitamini ehtiva edən acı bibər bu xüsusiyyəti ilə immunitet sistemini gücləndirir.

Tərkibindəki beta-karotin orqanizmə antioksidant təsir göstərir, hüceyrələrin zədələnməsinin qarşısını alır və bədəni xəstəliklərdən qoruyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930