Havanın temperaturu axşam saatlarında 0 dərəcəyədək enəcək

24-01-2024, 11:14 4 dəfə baxılıb

 

“Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakıya və Abşeron yarımadasına qar yağır. Axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir”.

“azerinews.az” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda bölgələrdə də yağıntılar davam edir: “Havanın temperaturu 1 dərəcəyədək istidir. Axşam saatlarında 0 dərəcəyədək enəcək. Yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bölgələrdə də yağıntılar davam edir. Axşama doğru tədricən kəsiləcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur”.

G. Məmmədova əlavə edib ki, yanvarın 25-də həm paytaxtda, həm də bölgələrdə hava şəraiti gün ərzində sabit, əsasən yağmursuz keçəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930