Fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb

31-01-2024, 13:33 17 dəfə baxılıb

 

Fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Azerenews.az”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031