Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşdü - Fotolar

31-01-2024, 16:20 8 dəfə baxılıb

 

Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib.

“Azerinews.az” xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib.


E. Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb.Türkiyənin milli təhsil naziri öz növbəsində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930