Emin Əmrullayev iki prorektoru işdən çıxardı

6-10-2025, 11:53 149 dəfə baxılıb

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

"Azerinews.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, ali məktəbin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.

Digər əmrlə, dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub. O, universitetin İT Mərkəzinin direktorudur. Hazırda hər iki vəzifəni yerinə yetirir.

Qeyd edək ki, bu il fevralın 4-də dosent Rüfət Əzizov ADNSU-nun rektoru təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031