Emin Əmrullayev ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - Fotolar

21-10-2025, 11:10 7 dəfə baxılıb

 

Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüşüb.

“Azerinews.az” xəbər verir ki,  bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, Corc Vaşinqton Universitetində keçirilən görüşdə nazir ölkəmizdə elm və ali təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, ABŞ universitetləri ilə birgə ikili diplom proqramları, elmi müəssisələrin fəaliyyətinin inkişafı və digər aktual məsələlər barədə tələbələrə məlumat verib.

Görüş zamanı Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, onların akademik və elmi fəaliyyət perspektivləri müzakirə olunub.

Nazir gəncləri təhsillərini başa vurduqdan sonra ölkəmizin əmək bazarına, eləcə də elm və ali təhsil mühitinə öz töhfələrini verməyə çağırıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930