Bu müəllimlərə əlavə 2000 manat veriləcək

24-10-2025, 12:52 11 dəfə baxılıb

 

Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlərin əməkhaqqına əlavə və stimullaşdırıcı ödənişlər ediləcək.

"Azerinews.az" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, pedaqoji ixtisaslı ali və orta ixtisas təhsil müəssisələrinin 9,9 mindən çox məzunu kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə işə cəlb olunacaq.

Bu məqsədlə 20,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Vəsait gənc müəllimlərin yol və nəqliyyat xərcləri, əmlakın daşınması, yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal və kirayə haqqı kimi ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Hesablamalara görə, kənd məktəblərində işləyən hər bir gənc müəllim ildə orta hesabla əlavə 2000 manat bonus alacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930