Məktəb direktorlarının seçim qaydaları dəyişdi

30-10-2025, 11:45 193 dəfə baxılıb

 

Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 15.10.2025-ci il tarixinə olan məlumatlara istinad edir. 

Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində şagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrin növündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.) asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. 

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. 

Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930