Tələbə köçürülməsi ilə bağlı məlumat saxtadır - Rəsmi

5-11-2025, 12:07 7 dəfə baxılıb

 

Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair saxta məlumat (şəkil) yayılıb. Həmin paylaşımlarda guya tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.

“Azerinews.az” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib: “Görüntülərdəki “elan” saxtalaşdırılıb. Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər”.

Qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz: https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930