"STEAM növbəti tədris ilindən ayrı bir fənn kimi keçirilə bilər” - Nazir

17-11-2025, 13:15 5 dəfə baxılıb

 

"STEAM-in növbəti tədris ilindən başlayaraq ayrı bir fənn kimi tədrisi planlaşdırılır”.

“Azerinews.az” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) deyib. 

“Bu, Qarabağ Universitetində, Xankəndi şəhərində olacaq. SAF 500 mindən çox məktəblini əhatə edir və tədricən hər il genişlənməkdədir. Bütün bunlar üçün ölkə rəhbərliyinə, Mehriban xanıma təşəkkür edirəm. Çünki 2019-cu ildə bu layihə əhatəli görünmürdü. Məhz o dövrdə göstərilən dəstək imkan verdi ki, inkişaf etdik.

Ölkənin 21 bölgəsində STEAM mərkəzləri fəaliyyət göstərir. İlkin baxışda bu, əyləncəli, oyunabənzər fəaliyyət kimi görünsə də, əslində mahiyyət işin arxasında dayanır. Robotları idarə etmək, layihələri formalaşdırmaq və s. - bunların hamısı riyazi-həndəsi bilik tələb edir. Yaxşı xəbər ondan ibarətdir ki, bu, hansısa eksklüziv təşəbbüs deyil. Yeni məktəblərimizdə çalışırıq ki, STEAM həmin məktəbin bir hissəsi olsun. İnanıram ki, bu, Azərhaycan təhsilinin aparıcı məzmununa çevriləcək. Əminliklə deyə bilərəm ki, bəzi uşaqların 9-10, bəzilərinin 20 yaşı var. Onlar Azərbaycanın gələcək kadrlarıdır. Bu gün öyrənilən bilik və bacarıqlar mühümdür, ölkəmizə töhfə verəcək”,- nazir vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930