Nazirdən tamştatlı müəllimlərlə bağlı - Növbəti açıqlama

17-11-2025, 13:36 8 dəfə baxılıb

 

“Hazırda üzərində işlədiyimiz yanaşma budur ki, tamştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqıdan ən azı iki dəfə yüksək olsun”. 

“Azerinews.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib. 

“Mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim anlayışını Azərbaycan məktəblərinə gətirmək üzərində çalışırıq. Çünki hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə aid edir. Bu da özlüyündə yanlış təsəvvür yarada bilir. Eyni zamanda müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm doğru deyil və dəyişməlidir. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq?" bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah veriləcək ki, əsassız şərhlərə ehtiyac qalmasın”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930