Təhsil müəssisələrinin akkreditasiyası qaydası ilə bağlı - Yeni qərar
Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edib.
“Azerinews.az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.Belə ki, təhsil müəssisələrinin akkreditasiyası qaydası dəyişib, akkreditasiya üçün toplanılan bal həddi aşağı endirilib.
Dəyişikliyə əsasən, Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarət olacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdiriləcək:
maksimum balın 85-100 faizi - “uyğundur”;
- maksimum balın 70-84 faizi - “əsasən uyğundur”;
- maksimum balın 55-69 faizi - “qismən uyğundur”;
- maksimum balın 54 və daha aşağı faizi - “uyğun deyil”.
Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edəcək və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edəcək:
- təhsil müəssisəsi və ya təhsil proqramı “uyğundur” və ya “əsasən uyğundur” qiymətləndirildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 70 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsini və ya təhsil proqramını növbəti 5 (beş) il üçün tam akkreditasiya olunmuş hesab etmək;
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: