"Müqayisə edə bilərsiniz, mənim kitablarım daha ağır idi” - Nazir

16-12-2025, 08:59 9 dəfə baxılıb

 

Mənim birinci sinif kitablarım indiki birinci sinif uşaqlarının kitablarından daha ağır idi”. 

“Azerinews.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

“Gedib arxivdən kitabları götürüb müqayisə də edə bilərsiniz. Hazırda kitablar iki yarımilə bölünür. Dərslər də demək olar eynidir. Çantanın ağırlığını zaman oxuna qoysaq, ya eyni olub, ya da zamanında bunu media kifayət qədər gündəmə gətirə bilməyib. Bu bizim məsələyə münasibətimizdən asılıdır. Təbii ki, çantaların ağırlığı problemi var, bunu da danmaq olmaz. Mən düşünmürəm ki, bu təhsilin məzmunu ilə bağlıdır. Həmçinin, çantalar məcmundan əlavə evlərdən qoyulan yüklə də əlaqəlidir. Təəssüf ki, bir çox siniflərimizdə Elm və Təhsil Nazirliyinin tövsiyə etmədiyi  və ya dərs proqramının bir hissəsi olmayan müxtəlif vəsaitlər məktəbə gətirilər. Bu da çantanı ağırlaşdırır”, - deyə nazir əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031