Tural Əhmədov: Attestatla qəbul olunan şəxslərin sonrakı təhsil və peşə taleyi əksər hallarda mənfi olur

26-12-2025, 13:03 4 dəfə baxılıb

 

Attestatla qəbul olunan, heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslərin sonrakı təhsil və peşə taleyi əksər hallarda mənfi olur.


"Azerinews.az" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib. O bildirib ki, bu şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir: “Onların bir qismi nə təhsil aldığı ali məktəbin tədris dili, nə də ixtisasının tam adını düzgün şəkildə ifadə edə bilir.


Türkiyədə, eləcə də ona yaxın coğrafiyada, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə attestatla qəbul həyata keçirən ali təhsil müəssisələri mövcuddur. Bu, mərkəzləşdirilmiş imtahanlarda uğur qazanmayan vətəndaşlarımız üçün müəyyən imkanlar yaradır. Lakin biz bu diplomların hamısını birmənalı şəkildə tanınır və ya tanınmır deyə qiymətləndirə bilmərik”.


Sədr qeyd edib ki, qanunvericilikdə attestatla qəbul olunan şəxsin diplomunun tanınmaması ilə bağlı konkret bir müddəa yoxdur: “Burada əsas və birinci şərt qəbul olunan ali təhsil müəssisəsinin akkreditasiyadan keçmiş olmasıdır. Yəni ilkin olaraq universitetin rəsmi akkreditasiyası olmalıdır.


Hətta ABŞ-da belə ali təhsil anlayışına daxil olmayan, lakin fəaliyyət göstərən qurumlar mövcuddur. Bu qurumların adlarında “ali təhsil” ifadəsi yer almır və akkreditasiyadan keçmək məcburiyyətində deyillər. Təəssüf ki, bəzi ölkələrdə, xüsusilə də inkişaf etmiş dövlətlərdə belə, tərəfdaşlıq adı altında vətəndaşları aldadan qurumlara rast gəlinir. Bu qurumlar əslində universitet statusuna malik deyillər”, - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930