Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə namizədlərin 83 faizi uğursuz nəticə əldə edib

26-12-2025, 13:04 8 dəfə baxılıb

 

İ"btidai sinif müəllimliyi” ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi cəmi 17 faiz təşkil edir.

"Azerinews.az" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.

Onun sözlərinə görə, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 19-da təşkil olunan peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 83 faizi uğursuz nəticə əldə edib: “Sözügedən imtahanda həmin ixtisas üzrə 6 nəfərdən 5-i uğursuz nəticə göstərib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib.

Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür.

Belə ki, sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Rusiya Federasiyası üzrə Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Gürcüstan üzrə isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetindən əldə edib. Keçid balını toplayaraq uğurlu nəticə göstərmiş 1 müraciətçi kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetindən əldə edib”.

Tural Əhmədov qeyd edib ki, bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə tanınması imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930