Elm və təhsil naziri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək

5-01-2026, 14:07 10 dəfə baxılıb

 

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 30-da Kürdəmir şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab sakinləri iştirak edə bilərlər.

Həmin şəhər və rayonların sakinləri yanvarın 16-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 2 və 146 - 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031