Bu müəllimlərin maaşlarına əlavələrə 212 milyon ayrıldı

5-01-2026, 15:35 7 dəfə baxılıb

 

Kənddə çalışan müəllimlərin əməkhaqqılarına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə qeyd olunub.

Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat yönəldiləcək. 

137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin verilməsinə 212,8 milyon manat vəsait xərclənəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930