Attestat və diplomlar yalnız elektron qaydada veriləcək

9-01-2026, 13:57 11 dəfə baxılıb

 

“Təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq”.


“Azerinews.az” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.


O bildirib ki, qəbul edilmiş qərarlara uyğun olaraq, təhsil haqqında sənədlər, eləcə də təhsili bitirməyən vətəndaşlara verilən arayışlar tam hüquqi qüvvəyə malik olacaq və yalnız elektron formada təqdim ediləcək.


Vüsal Xanlarovun sözlərinə görə, vətəndaşlar istədikləri və ya zərurət yarandığı halda elektron hökumət informasiya sistemində yerləşən şəxsi kabinetlərindən bu sənədləri yükləyərək çap edə və paylaşa bilərlər. Həmçinin sənədlər elektron imza ilə təsdiq olunduğu üçün onların notarial qaydada təsdiqlənməsi də mümkün olacaq.


İdarə rəisi əlavə edib ki, bu qərarların nəticəsində cari ildən Azərbaycan vətəndaşlarına verilən attestatlar, diplomlar və sertifikatlar yalnız elektron qaydada təqdim ediləcək:


“Artıq kağız üzərində diplom və attestatlar təqdim edilməyəvcək. Elektron Hökumət İnformasiya Sistemi öz-özlüyündə bütün dövlət qurumlarını birləşdirir və bunun vətəndaşlar üçün bir neçə portalları var – MyGov, Elektron Hökumət Portalı və s. Bu portallar və mobil tətbiq vasitəsilə vətəndaşlar öz təhsil sənədlərinə çıxış əldə edəcəklər”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031