Türkiyə-Azərbaycan Universitetinin binası ilə bağlı - Açıqlama

29-02-2024, 16:37 13 dəfə baxılıb

 “Türkiyə-Azərbaycan Universitetinə binanın ayrılması üçün Bakıda bir neçə binaya baxış keçirəcəyik”.

“Azerinews.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bunun üçün türkiyəli nazirlə birlikdə Bakının mərkəzində bir neçə binaya baxılacaq: “Hazırda konkret bina yoxdur. Gələn həftənin sonundan bir ay ərzində bina müəyyənləşəcək”.

Nazir, həmçinin bu universitetdə daha çox azərbaycanlı tələbələrin təhsil alacağını açıqlayıb: “Bu ali məktəbdə təhsil əsasən Azərbaycan vətəndaşları üçündür. Əgər hansısa türk tələbə Hacəttəpə Univetsitetinin diplomunu orada yox, Bakıda almaq istəyirsə, ala bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031