DİM iki vəzifə üzrə vakansiya elan etdi
Dövlət İmtahan Mərkəzində (DİM) Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsində sektor müdiri və Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektorunda mütəxəssis (ştatdankənar, 6 ay müddətinə) vəzifəsi üzrə vakansiyalar elan edilib.
"Azerinews.az" xəbər verir ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.