Keçən il 9 mindən çox müəllim işə qəbul olunub, 1 310-u iş yerini dəyişib
Keçən il müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində 1 219 nəfər iş yerini dəyişib.
“azernews.az” xəbər verir ki, 91 müəllim iş yerini elektron qaydada qarşılıqlı olaraq dəyişib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində 4 368 nəfər müddətsiz, 2 351 nəfər müddətli müqavilə əsasında işlə təmin olunub.
2 529 nəfər isə əlavə yerləşdirmə mərhələsi üzrə müddətli müqavilə ilə işə qəbul olunub. Məktəbəqədər təhsil müəssisələri üzrə 244 namizəd işə qəbul edilib.