Azərbaycanda səkkiz fənndən kəsilən tələbə intihar etdi

10-01-2024, 13:53 4 dəfə baxılıb

Azərbaycanda tələbə intihar edib.

“azerinews.az” xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.

Tələbə yoldaşlarının bildirdiyinə görə, R.Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qaib limitinə düşdüyü üçün imtahana buraxılmayıb.

İntiharın ilkin ehtimalı kimi bu iddia səsləndirilsə də, məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.

Qobustan rayonunun Sündü kənd sakini olan tələbənin həyatına qəsd etməsi ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031