Peşə Təhsil Mərkəzi yanında İctimai Şura yaradılır

5-04-2024, 17:18 115 dəfə baxılıb

 

Bu gündən başlayaraq mayın 3-nə qədər İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydə alınması həyata keçiriləcək.

 

"Azerinews.az" bu barədə agentliyə istinadən xəbər verir.

 

Məlumata görə, Şuranın üzvlüyünə hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir namizədini irəli sürə bilər. Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək. Seçki Komissiyası Şura üzvlərinin say həddini 5 nəfər müəyyən edib.

 

Namizədlər tələb olunan sənədləri hər gün saat 09:00-dan 17:00-a qədər Peşə Təhsil Mərkəzinə, eləcə də [email protected] elektron poçtu vasitəsilə təqdim etməlidirlər.

 

Əlavə məlumat üçün telefonlar: (012) 525-39-57, (051) 205-97-52






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031