Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı

18-04-2024, 13:07 103 dəfə baxılıb

 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulunun vaxtı açıqlanıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, sənəd qəbulu elektron qaydada 1 may tarixindən başlayacaq və 13 sentyabra qədər davam edəcək: “Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir”.

Eşqi Bağırov  qeyd edib ki, bu il Azərbaycan bölməsi üzrə 82 minə yaxın şagird məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930