Xaricdə təhsil almış daha 62 nəfərin diplomu tanınmayıb

3-05-2024, 15:30 80 dəfə baxılıb

 

Aprel ayı üzrə xaricdə təhsil almış 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 123, Türkiyə Respublikasından 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çin Xalq Respublikasından 8, İtaliya Respublikasından 7, Polşa Respublikasından 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrə Konfederasiyasından 3, Almaniya Federativ Respublikasından 2, Əfqanıstan İslam Respublikasından 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğız Respublikasından 2, Avstraliya İttifaqından 1, Belarus Respublikasından 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, Hindistan Respublikasından 1, İspaniya Krallığından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Özbəkistan Respublikasından 1, Rumıniyadan 1, Şimali Makedoniya Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031