Paytaxtda I sinfə qəbulla bağlı 28337 sorğu yerləşdirilib

6-05-2024, 12:33 94 dəfə baxılıb

 Mayın 6-na (saat 10:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 337 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhdil İdarəsindən məlumat verilib.

Həmçinin paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 2 169 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 943-ü alternativ qeydiyyat mərkəzlərində, 57-si onlayn alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 880-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 289 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (//baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Vətəndaşlara  alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930