Naxçıvanda təhsillə bağlı yeni qurum YARADILDI

7-05-2024, 14:20 98 dəfə baxılıb

 

“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

 "Azerinews.az"  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müavini Anar İbrahimov mayın 7-də Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

 Fərmana əsasən, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyinin birləşdirilməsi və onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin yaradılması qərara alınıb.

 Bundan başqa, Fərmana uyğun olaraq, Şərur Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Şərur Peşə Liseyi” adlandırılaraq publik hüquqi şəxsə çevrilib.

 Həmçinin Ordubad Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi” adlandırılıb və publik hüquqi şəxsə çevrilib.

 Fərmanın icrası ilə əlaqədar Muxtar Respublikanın müvafiq dövlət orqanları üçün vəzifələr müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031