BANM tələbəsi ABŞ universitetindən 100 min dollarlıq təqaüd qazanıb - Foto

14-05-2024, 20:00 114 dəfə baxılıb

 Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. O, universitetin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fellowship” proqramına seçilərək ildə 100 min dollar təqaüd qazanıb.

“Azerinews.az” xəbər verir ki, Eşqin 2019-cu ildə BANM-ə 675 balla daxil olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə akademik göstəriciləri yüksək olub, həmçinin müxtəlif elmi məqalələr hazırlayıb.

BANM tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyi ilə “Java” proqramlaşdırma dilinin daxilində “Python” proqramlaşdırma dili kodunu istifadə edib. Bununla “Python” proqramlaşdırma dilinin “Java”da olmayan xüsusiyyətləri ilə “Java” proqramlaşdırma dilinin “Python”da olmayan xüsusiyyətlərini birləşdirib və nəticə uğurlu olub. Bu tətbiq dünya miqyasında da sadəcə bir neçə layihədə mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930