Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA

14-05-2024, 15:00 125 dəfə baxılıb

 

Ötən gün dövlət qulluğu üzrə ilk dəfə elektron qaydada imtahan həyata keçirildi. Bəs, görəsən, bu qaydanın gələcəkdə buraxılış və qəbul imtahanlarında da həyata keçirilməsi mümkündürmü?

 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə hələlik iştirakçı sayı daha az olan imtahanların elektron formada keçirilməsi nəzərdə tutulur. Kütləvi imtahanlarla bağlı indidən dəqiq nəsə söyləmək mümkün deyil.

 "Azerinews.az" xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyevin sözlərinə görə imtahanların elektron qayda da keçirilməsi namizədlər üçün olduqca əlverişli imkan yaradır:

 “Dövlət İmtahan Mərkəzi tərəfindən artıq elektron imtahanlarla bağlı inzibati bina istifadəyə verildi. Həmin binada 10 min nəfərə qədər şəxsin imtahan verməsi mümkündür. İmtahanların elektron qayda da keçirilməsi əlbəttə, namizədlər üçün olduqca əlverişli imkan yaradır. Bu baxımdan ki, onlar ümumi imtahan nəticələrini dərhal anında görə bilirlər. Təbii ki, imtahanda kütləvilik prinsipini nəzərə alsaq, hazırda bu prosesi konkret olaraq buraxılış və yaxud da qəbul imtahanlarına tətbiq etmək mümkün deyil.

 Yalnız müvafiq iştirakçı sayı 10 min nəfərə qədər olan imtahanlar məsələn, dövlət qulluğu üzrə keçirilən, yaxud da yüksəliş müsabiqəsinin iştirakçılarına, həmçinin mühasibatlıq imtahanları və s. kimi iştirakçı sayı 10 min nəfərdən az olan imtahanlar üçün elektron qaydada imtahanların keçirilməsi daha əlverişlidir.

 Qaldı ki, buraxılış imtahanlarının gələcəkdə bu formatda olması, əlbəttə bu mümkün ola bilər. Bunun üçün bir sıra universitet imtahanın keçirilməsi üçün razılıq verməlidir. Universitetlər öz inzibati binalarında Dövlət İmtahan Mərkəzinin imtahan keçirməsinə icazə verərlərsə, o zaman qarşıdakı illərdə də elektron formatda həyata keçirmək mümkün olar. Hətta qəbul imtahanlarını da”.

 Ekspert qeyd edib ki, növbəti illərdə magistratura pilləsi üçün  imtahanlar elektron formatda həyata keçirilə bilər:

 “I ixtisas qrupu üzrə blok imtahanın elektron qayda da keçirmək mümkün ola bilər, çünki orada iştirakçı sayı daha azdır. Cavabların daha tez öyrənilməsi baxımdan hesab edirəm ki, bu üsul abituriyentlər üçün də müsbət ola bilər. İkinci bir tərəfdən köçürülmə hallarının qarşısı daha yaxşı alınar.

 Bu imtahan formatını təbii ki, qarşıdakı illərdə magistratura pilləsi üçün də həyata keçirmək mümkündür. Hesab edirəm ki, 2026-2027-ci ildən etibarən bu imtahanlar magistratura pilləsində keçirilə bilər. Hətta bəlkə daha erkən keçirilsin”, - deyə ekspert fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930