İyulda Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

30-05-2024, 12:56 240 dəfə baxılıb

 

İyul ayında Azərbaycan dili üzrə ilk sertifikasiya imtahanı keçiriləcək.

 Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanının proqramları hazırdır.

 DİM rəhbəri sertifikasiya imtahanından əvvəl sınaq imtahanının keçiriləcəyini söyləyib:

 “Sınaq imtahanına hər kəs onlayn qoşula biləcək. İmtahana qoşulmazdan əvvəl iştirakçı müvafiq anketə cavab verməlidir. Anketdə şəxsi məlumatlar yer alacaq. Bu suallar cavablandırıldıqdan sonra həmin imtahana qoşula biləcək. İmtahanla əlaqədar elmi-statistik təhlil aparmaq üçün bu məlumatların toplanılması lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031