DİM sədri: "İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür"

1-07-2024, 12:04 181 dəfə baxılıb

 "İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmürlər".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir:

"Təbii ki, bu da elmə əsaslanmalıdır".

M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir:

"Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıblar. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmürlər, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031