MİQ imtahanlarından narazı müəllimlər apellyasiya şikayəti verirlər

3-07-2024, 14:43 136 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, iyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
 Test imtahanları 2 – 10 iyul tarixlərində ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub.

Bu gün isə ibtidai sinif və  musiqi fənləri üzrə namizədlər MİQ imtahanları verirlər.

Müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.

Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən verilən məlumata görə, artıq MİQ imtahanları vermiş texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Qeyd edək ki, namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930