DİM ötən il 40 növdə imtahan keçirib

25-01-2024, 11:26 1 dəfə baxılıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) ötən il 40 növdə imtahan keçirib.

"Azerinews.az" xəbər verir ki, bu barədə mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib.

Onun sözlərinə görə, bu imtahanlarda 600 mindən artıq şəxs iştirak edib: "Elektron xidmətlərimizdən istifadə sayı 11 milyondan çox olub. 62 mindən artıq şəxs (eyni adamın bir neçə dəfə iştirakı nəzərə alınmaqla) imtahan nəzarətçisi, imtahan rəhbəri və buraxılış rejimi əməkdaşı qismində imtahanlara cəlb olunub".

Sədr bildirib ki, DİM-in keçirdiyi imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir: "Mərkəz ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirir. Layihəyə maraq yüksəkdir. Bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 3 200-ə yaxın namizəd müraciət edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930