Əsgəranda qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb

8-02-2024, 15:24 14 dəfə baxılıb

Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb.

"Azerinews.az"ın məlumatına görə, hazırda məzarlıqda tapılan qalıqların ətrafında qazıntı işləri davam etdirilir.

Kütləvi məzarlıqda 8 nəfərə məxsus qalıqlar tapılıb. Bu sayın daha da artacağı ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin də iştirakı ilə mediatur təşkil edilib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları aşkarlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930