Bakı-Qazax yolunda avtomobil yanıb



Ucarda maşın yanıb.
Azerinews.az-ın verdiyi məlumata görə, hadisə bu gün Bakı-Qazax magistralında, rayonun Müsüslü kəndi ərazisində baş verib. Şəmkir rayon sakini Firuz Cəfərovun idarə etdiyi "Mercedes Vito" markalı avtomobil anidən alışıb. Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Fakt araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: