Qarayazı qoruğunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

11-03-2025, 17:37 6 dəfə baxılıb

Qarayazı qoruğunda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ağstafada qoruğ ərazisində baş vermiş yanğın söndürülüb.
Yanğın Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində həmçinin yaxınlqda kı, 50 hektar otlaq sahədə baş verib. 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 
Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb. 
Hadisənin başvermə səbəbləri araşdırılır.
***
Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930