Ümman müəllim əməlləri ilə gənclərə örnək olan Azərbaycan oğludur
Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Ümman Qardaşxanov
böyük əzm sahibi olan şəxsiyyəti, polis fəaliyyəti, şəffaf bir həqiqətdir. Sözundə, işində məsuliyyətli, insanlara, hadisələrə münasibətində ədaləti həyat kredosuna çevrilən böyük ziyalıdır. Ümman Qardaşxanov haqqında düşünərkən gözlərimiz qarşısında müdrik şəxsiyyətlər canlanır. Çünki igid Azərbaycan oğullarının xarakteri var onda.
Polislik çətin və şərəfli peşədir, kim özünü bu peşəyə həsr edirsə, həmişə xalq içində hörmətli olacaq, ehtiramla anılacaqdır.
Ümman Qardaşxanov torpağa, vətənə bağlı insandır, əsl vətənpərvər ruhu onu daim fərqləndirir. Onun ömür yolu, tərcümeyi-halı şəklində sakit, eyni zamanda bəhrəli şəkildə davam edir. Ümman müəllim peşəsinə ürəkdən bağlıdır. O, qanun keşiyində sevərək dayanır.
Ölkəmizin ictimai həyatında fəallığı ilə seçilən , vətənini dərin məhəbbətlə sevən, xalqına ləyaqətlə xidmət edən Ümman Qardaşxanov əsl şəxsiyyətdir.
Ümman müəllimin hərəkətində, davranışında, əməlində işıq, doğma yurda, el-obaya bağlılıq var.
O, bütün qanunsuzluqlara qarşı mübarizə aparmağın yolunu qanun keşikçisi olmaqda gördü. Polis peşəsinə həyatını sərf edən Qardaşxanov Ümman bir çox mühüm keyfiyyətlərə malikdir.
İctimai təhlükəsizliyin təmin edilməsi yaşamaq prinsipi, ədaləti bərpa etmək, qanunçuluğun möhkəmləndirmək həyatının qayəsidir.
Polis əməkdaşı kimi həmişə fədakar işi və səmimiyyəti ilə insanların rəğbətini qazanmağa müvəffəq olmuşdur.
Ümman müəllim əməlləri ilə gənclərə örnək olan Azərbaycan oğludur.