Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır

12-02-2024, 10:48 1 dəfə baxılıb

 

Bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır.

“Azerinews.az” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında qeyd edilib.

Məlumata görə, sənədlərin qəbulu 12 fevral 2024-cü ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Qeyd edək ki, Həcc ziyarəti üçün ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti,  3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930