Laçında həlak olan hərbi qulluqçunun qırx mərasimi təşkil olunub
Laçında avtomobil qəzası nəticəsində həlak olan hərbi qulluqçu Həsən İsmayılovun qırx mərasimi keçirilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayonları şöbələrinin rəisləri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri Şəhidlər xiyabanına gələrək şəhidimizin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşüb, başsağlığı verib.
Xatırladaq ki, 04 yanvar 2024-cü il tarixində saat 09:30 radələrində Laçın rayonunun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən İsmayılov və Səxavət Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.