Gəncə məktəbində Xocalı qurbanları anıldı

26-02-2024, 15:09 77 dəfə baxılıb

Bugün Gəncə şəhər 33 № tam orta məktəbdə məktəbin Dərnək rəhbəri Günel Baratzadənin təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş  tədbir keçirilib. Xocalı qurbanları bir dəqiqəlik sükütla yad edilib. Məktəbin 7 a sinif şagirdlərinin ifasında şeirlər və monoloqlar səsləndirilib.

 Xalqımızın başına gətirilən faciə, tarixdə görünməmiş soyqırım, qisası qiyamətə qalmayan Xocalı sakinlərinin didərgin həyatı,  qanlı gecə haqqında şagirdlərə məlumat verilib.

 Tarix yazan rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə  böyükdən-kiçiyə hamı bir daha qürur hissi keçirib.

Tədbirdə kövrək, ağrılı məqamlara toxunulub. Vətənə qovuşmuş Xocalıdan sevinc və kədərlə söz açılıb. Sevinc qarışıq kədərin fonunda qürur dolu anlar yaşanıb.

 

Azerinews.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930